Renat Dadaşova şans verilmədi

12:52 - 11 Mart 2019

Rusiya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Zenit" azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi "Ufa"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 

Əliyev oyunun 67-ci dəqiqəsində meydana daxil olub.

 

Premyer Liqanın turnir cədvəlinə 40 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 34 xalla 2-ci, ÇSKA 33 xalla 3-cüdür. "Spartak"la "Lokomotiv" 32 xalla 4-5-ci yerləri bölüşürlər. 16 xalı olan "Ufa" 15-ci sırada qərarlaşıb.

Xəbər xətti