"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

13:11 - 11 Mart 2019

“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi martın 18-də Bolqarıstan millisinin düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, Bolqarıstan yığması AÇ-2020 seçmə mərhələsində martın 22-si evdə Çernoqoriya və martın 26-sı səfərdə Kosovoyla qarşılaşacaq.

Xəbər xətti