"Neftçi" "Qəbələ" önünə Dabosuz çıxacaq

Azərbaycan Premyer Liqasının lideri "Neftçi" 21-ci turda "Qəbələ"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü olan Baqali Dabo sabiq komandasına qarşı oynaya bilməyəcək. Buna səbəb fransız forvardın cəzalı duruma düşməsi olub. 30 yaşlı forvard cari mövsüm 4-cü dəfə sarı vərəqə almaqla limiti doldurub.

 

 

"Qəbələ"də isə Bəhlul Mustafazadə ötən tur "Səbail"lə oyunda iki sarı vərəqə alaraq, meydanı vaxtındna əvvəl tərl etməli olub. Bu səbəbdən də gənc müdafiəçi "Neftçi"yə qarşı oynamayacaq.

 

Qeyd edək ki, Baqali Dabo 9 qolla Premyer Liqanın bombardiridir.

Tarix: 11 Mart [16:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2019
22  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio