Zidan "Real"a qayıtdı

19:19 - 11 Mart 2019

"Real" sabiq çalışdırıcısı Zinəddin Zidanı baş məşqçi təyin etməyə hazırlaşır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Santyaqo Solarini istefaya göndərməyə hazırlaşan klubun prezidenti Florentino Peres Zidanı geri qayıtmağa razı salıb. 46 yaşlı mütəxəssisin təyinatının gün ərzində açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real"ı çalışdırıb. O, "kral klubu"na ardıcıl üç dəfə Çempionlar Liqasını və bir dəfə La Liqanı qazandırıb.

Xəbər xətti