Zidan: "Peres mənə zəng edəndə rədd cavabı verə bilmədim"

00:27 - 12 Mart 2019

Santyaqo Solarini istefaya göndərən "Real" baş məşqçi postuna sabiq çalışdırıcısı Zinəddin Zidanə gətirdi. Fransalı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis "kral klubu"na geri döndüyü üçün xoşbəxt olduğunu bildirib:

 

"Evimə qayıtdığım üçün xoşbəxtəm. Bu, xüsusi gündür. Komandanı layiq olduğu yerə qaytarmaq istəyirəm. Aarzum sabah işə başlamaqdır. Hətta Peres mənə zəng edəndə rədd cavabı verə bilmədim. Doqquz ay işsiz qaldım, enerji topladım. İndi işləməyə var qüvvəmlə hazıram".

Xəbər xətti