"Yuventus" və "Mançester Siti" 1/4 finalda

01:56 - 13 Mart 2019

Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, "Yuventus" ilk oyunda 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu qəbul edib. Sözügedən oyunda meydan sahibəri 3:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.

 

"Mançester Siti" isə səfərdə 3:2 hesabı ilə qalib gəldiyi "Şalke" ilə evdə qarşılaşıb. Ev sahibi komanda 7:0 hesablı qələbə qazanıb.

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

 

“Yuventus” – “Atletiko” - 3:0
Qollar
: Kriştiano Ronaldo, 27, 48, 86 (pen.)

İlk oyun - 0:2

 

“Mançester Siti” – “Şalke” - 7:0
Qollar:
Serxio Auqero, 35 (pen.), 38, Leroy Sane, 42, Rahim Sterlinq, 56, Bernardu Silva, 71, Fil Foden, 78, Qabriel Jezus, 84

İlk oyun - 3:2

Xəbər xətti