"Fənərbaxça"nın futbolçusu 1 aylıq sıradan çıxdı

16:54 - 12 Mart 2019

Türkiyənin "Fənərbaxça" klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqanın 25-ci turunda "Başakşəhər"lə səfər oyununda (1:2) zədələnən Matye Valbuenanın 1 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Zədədən əziyyət çəkən Nabil Dirar 26-cı turda "Sivasspor"a qarşı oynamayacaq. Bərpa prosesini başa vuran Mehmet Topal isə sıraya qayıdıb.

Xəbər xətti