Dmitri Nazarov milliyə dəvət aldı

20:45 - 12 Mart 2019

Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov milli komandamıza dəvət alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı futbolçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

 

Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoxlama matçı keçirəcək.

Xəbər xətti