"Liverpul"la "Barselona" 1/4 finalda

01:58 - 14 Mart 2019

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, keçirilən iki oyunla sonuncu 1/4 finalçılar müəyyənləşib.

 

“Barselona” evdə ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Lion”u qəbul edib. Oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Bu nəticə katalonları 1/4 finala yüksəldib.

 

“Bayern” isə evdə “Liverpul”la qarşılaşıb. Qonaqlar Münhen klubuna 3:1 hesabı ilə qalib gəlib. İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün "Liverpul" 1/4 finala adlayıb.

 

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart

 

"Barselona" - "Lion" - 5:1
Qollar
: Lionel Messi, 18, (pen.), 78, Filippe Koutinyo, 31, Jerar Pike, 81, Usman Dembele, 86 - Luka Tuzar, 58

İlk oyun - 0:0

 

"Bayern" - "Liverpul" - 1:3
Qollar:
Joel Matip, 39 (avtoqol) - Sadio Mane, 26, 84, Vircil van Deyk, 69

İlk oyun - 0:0

Xəbər xətti