Ansi Aqollinin ABŞ klubuna keçəcəyi dəqiqləşdi

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin karyerasını ABŞ-da davam etdirəcəyi dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Nyu-York Kosmos" klubu ilə 1 illik anlaşıb.

 

"Nyu-York Kosmos" Şimali Futbol Liqasında mübarizə aparır (II Liqa). Aqolli həyat yoldaşının Amerikada yaşamasına görə bu seçimi edib. Ağdam klubu ayrılığı tezliklə rəsmən açıqlayacaq. Albaniyalı futbolçunun "Səbail"lə oyunda vida mərasimi təşkil ediləcək.

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Tarix: 13 Mart [13:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2019
22  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio