I Divizion: lider qalib gəldi

17:01 - 13 Mart 2019

Azərbaycan I Divizionunda 19-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, lider MOİK "Səbail-2"ni 2:0 hesabı ilə məğlub edib. "Sumqayıt-2" səfərdə "Neftçi-2"dən üstün olub - 2:1. "Zaqatala" "Şüvəlan"ı, "Sabah-2" "Turan Tovuz"u məğlub yola salıb. "Qarabağ-2" Ağsu" oyununda qalib müəyyənləşməyib.

 

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

"Sabah-2" - "Turan Tovuz" - 3:0
Qollar:
Mircəfər Əlizadə, 40, Emil Qasımov, 44 (pen.), Reza Bigdelo, 78

"Zaqatala" - "Şüvəlan" - 1:0
Qol:
Cavad Kazımov, 79

"Qarabağ-2" - "Ağsu" - 0:0

"Neftçi-2" - "Sumqayıt-2" - 1:2
Qollar:
Vüsal Əsgərov, 16 - Elvin Nəsibov, 5, İbrahim Əliyev, 47

MOİK - "Səbail-2" - 2:0
Qollar:
Əli Sadıxov, 12, Raul Yaqubzadə, 44

 

Xəbər xətti