"Real" Argentina millisinin hücumçusunu transfer etmək istəyir

18:45 - 13 Mart 2019

İtaliyanın "İnter” klubunu forvardı Mauro İkardi "Real”ın diqqət mərkəzinə düşüb.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun rəsmiləri bu həftə İkardinin xanımı və agenti olan Vanda Nara ilə ünsiyyət qurub. Müzakirələrdən sonra ispanlar "Napoli”nin ildə 2 milyon bonus fonunda 9 milyon avro əməkhaqqı təklif etdiyi futbolçuya daha çox ödəməyə hazır olduqlarını söyləyib.

 

"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidanın şəxsən bu keçiddə maraqlı olduğunu da açıqlanıb.

 

Qeyd edək ki, İkardi uzun müddətir "İnter”lə razılığa gələ bilmir. Fevralda kapitan sarğısından məhrum edilən argentinalı dizində ağrılar olduğunu bəhanə gətirərək meydana çıxmır.

Xəbər xətti