“Qarabağ” və “Qəbələ”nin futbolçuları prezidentlə görüşdülər

12:40 - 14 Mart 2019

Albaniya prezidenti İlir Meta ölkəmizə gəlib.

 

Sportal.az xəbər verir ki, ölkə başçısı səfər çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən albaniyalı futbolçular -  Ansi Aqolli ("Qarabağ") və Sabien Lilay ("Qəbələ") ilə görüşüb. Prezident iki futbolçunu Albaniyanın Azərbaycandakı ən yaxşı səfirləri adlandırıb.

 

Qeyd edək ki, Meta martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Xəbər xətti