"Neftçi" büdrədi, "Qarabağ" qalib gəldi YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, baş tutan 4 oyunla 3-cü dövrəyə yekun vurulub.

 

"Sabah" "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

"Zirə" isə evdə "Keşlə"ni məğlub yola salıb - 2:0.

 

"Qarabağ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

 

Lider "Neftçi" isə "Qəbələ"ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

16:00 “Sabah” – “Sumqayıt” - 1:1
Qollar:
Rəşad Eyubov, 77 - Elvin Məmmədov, 40

Qırmızı vərəqə: Marko Deviç, 28 ("Sabah")
Qeyri-dəqiq penalti: Cavid İmamverdiyev, 32 ("Sabah")
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Əlincə Arena”

 

16:00 “Zirə” – “Keşlə” - 2:0
Qollar:
Xulio Sezar Rodriqes, 69, 79

Qeyri-dəqiq penalti: Xulio Sezar Rodriqes, 54
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev 

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev  

Zirə İdman Kompleksinin stadionu

 

16:45 “Səbail” – “Qarabağ” - 1:2
Qollar:
Ağabala Ramazanov, 42 - Dani Kintana, 34, Dani Kintana, 77

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Nihad Məmmədov 

“Bayıl Arena”

 

19:00 “Neftçi” – “Qəbələ” - 1:1

Qollar: Mamadu Mbodj, 54 - Stiven Monroz, 72

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli 

“Bakcell Arena”

 

Tarix: 15 Mart [20:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Mart 2019
23  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio