Aqolli "Qarabağ"da vida oyununa çıxır

12:06 - 15 Mart 2019

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu gün Ağdam klubunda son matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu üçün Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə səfər matçı "Qarabağ"da vida görüşü olacaq.

 

Sözügedən matç "Bayıl Arena"da, saat 16:45-də başlayacaq.

 

Albaniya millisinin sabiq üzvü ABŞ-ın "Nyu-Yorl Kosmos" klubu ilə anlaşıb.

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Xəbər xətti