Qurban Qurbanov: “Ansi Aqolli əsl “Qarabağ”lıdır”

20:07 - 15 Mart 2019

"Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 46 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli bunları söyləyib:

 

"Futbolumuzda elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdır".

Xəbər xətti