Sənan Qurbanov: "Yurçeviçin qərarına müdaxilə edə bilmərik"

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

- Gərgin, mübarizəli oyun olacağını gözləyirdik. Belə də oldu. İlk hissədə oyunumuz yaxşı alınmadı. Amma ikinci hissədə yaxşı futbol ortaya qoyduq. Hesabda geri olsaq da, özümüzə gələ bildik. Uşaqları mübarizəyə görə təbrik edirəm.

 

- Kubokda da mübarizəni davam etdirirsiniz. Daha çox diqqətinizi hansı yarışa yöndəldəcəksiniz?

- İki cəbhədə də mübarizə aparmağa çalışacağıq. Həm kubok oyununa belə yanaşacağıq, həm də çempionatda yaxşı çıxış etməyə çalışacağıq.

 

- “Qəbələ”nin heç bir futbolçusu milli komandaya dəvət almayıb. Baş məşqçinin qərarı sizi təəccübləndirmədi?

-Əlbəttə, baş məşqçinin qərarı bizi təəccübləndirdi. Lakin Nikola Yurçeviçin qərarına müdaxilə edə bilmərik. Amin Seydiyev, Bəhlul Mustafazadə, Rauf Əliyev və digər futbolçularımız millidə oynamağa layiqdirlər. Ancaq baş məşqçinin qərarı barədə danışmaq istəmirəm.

Tarix: 15 Mart [21:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio