Çin millisində Kannavaro dönəmi

12:07 - 16 Mart 2019

Marçelo Lippiylə yollarını ayıran Çin millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu vəzifəyə Fabio Kannavaro təyin edilib. 45 yaşlı mütəxəssis milli komanda ilə yanaşı, Çinin "Quançjou Everqrand" klubunu da çalışdırmağa davam edəcək.

 

Lippi isə Kannavaronun məsləhətçisi olacaq.

 

Qeyd edək ki, Kannavaro Marçelo Lippinin rəhbərliyi altında 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.

Xəbər xətti