PSJ-dən Kilian Mbappeyə pul cəzası

17:51 - 16 Mart 2019

Fransanın PSJ klubu hücumçusu Kilian Mbappeni cəzalandırıb.

 

Sportal.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, buna 20 yaşlı hücumçunun komandanın iclasına gecikməsi səbəb olub. Bu səbəbdən də Mbappe 180 min avro cərimələnib.

 

Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm Paris klubunda 33 oyuna 29 qol vurub, 15 assist edib.

Xəbər xətti