Abdulbari Gözəl: “Bizə Qurban Qurbanov kimi dürüst insan lazımdır"

20:11 - 16 Mart 2019

“Gəliri azalsa da, “Azərsun Holdinq” “Qarabağ” futbol klubuna maliyyə dəstəyini əsirgəməyəcək”.

 

Sportal.az ONA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşdə holdinqin prezidenti Abdulbari Gözəl deyib. Onun sözlərinə görə, rəhbərlik “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova güvənir: “Bizim gəlirlərimiz azalıb. Əlimizdə olan vəsaitin azlığına baxmayaraq, “Qarabağ”a lazım olan vəsaiti ayırırıq. Qarabağ milli məsələ kimi önümüzdə durur. Dünyada bunun siyasi dəyəri var. Qurban Qurbanova gəldikdə, onu da deyim ki, o, dürüst insandı və bizə də elə dürüst insan lazımdı".

Xəbər xətti