Ansi Aqolli belə vidalaşdı VİDEO

00:12 - 17 Mart 2019

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Ağdam klubu ilə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu üçün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə səfər matçında vida mərasimi təşkil edilib.

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın "Nyu-York Kosmos"  klubunda davam etdirəcək.

 

Xəbər xətti