Xorvatiya millisində yeni futbolçu

15:06 - 17 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda millimizi qəbul edəcək Xorvatiya yığmasına yeni futbolçu dəvət olunub.

 

Sportal.az xəbər verir ki, Danimarkanın “Nordşelland” klubunda çıxış edən Karlo Bartolets Azərbaycan və Macarıstanla oyunlar üçün heyətə cəlb edilib. Zədəli futbolçuların çoxluğu baş məşqçi Zlatko Daliçin belə qərar verməsinə səbəb olub.

 

23 yaşlı müdafiəçi əsas millidə bir oyun keçirib.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. "Damalılar" 3 gün sonra Macarıstanın qonağı olacaq.

Xəbər xətti