İbrahimoviç: "Ayaks" "Yuventus"un statusu ilə maraqlanmasın"

16:16 - 17 Mart 2019

"Los-Anceles Qalaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək "Ayaks" - "Yuventus" cütü barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu "Ayaks"ın "Yuventus"un statusu ilə maraqlanmamlı olduğunu deyib: 

 

"Ayaks" "Real"la qarşılaşmalar möhtəşəm işlər gördü. Kluba və azarkeşlərə görə çox xoşbəxtəm. Bu, hamımızın görmək istədiyi komandadır. "Ayaks" "Yuventus"un statusu ilə maraqlanmamlıdır. "Real"la oyunda bunu unutdular və nə etdiklərini hamımız gördük. Kimsə onları şanslı görmürdü, ancaq "Real"a aman vermədilər. "Ayaks"la "Yuventus"u öz klubum kimi görürəm. Hansı komanda udsa, mən də qalib gələcəm".

 

Qeyd edək ki, İsveç millisinin sabiq üzvü 2001-2004-cü illərdə "Ayaks", 2004-2006-cı illərdə isə "Yuventus" forması geyinib.

Xəbər xətti