"Barselona" Qrizmannın transferi üçün yeni təklifə hazırlaşır

17:09 - 17 Mart 2019

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı yenidən transfer hədəfinə alıb.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Qrizmanna illik 16 milyon avro maaş ödəməyə hazırdır.

 

Xəbərdə qeyd edilib ki, fransalı futbolçunun 1 iyuna kimi sərbəst qalma qiyməti 120, həmin tarixdən sonra isə 200 milyon avro olacaq.

 

Mövsümün əvvəlində "Barselona"ya rədd cavabı verən 27 yaşlı futbolçunun bu dəfə razılaşacağı gözlənilir.

 

Qeyd edək ki, fransız forvardın Madrid klubu ilə 2023-cü ilə kimi müqaviləsi var. Qrizmann bu mövsüm 39 oyuna 18 qol vurub, 8 assist edib.

Xəbər xətti