Zinəddin Zidan: "Yayda dəyişikliklər olacaq"

17:55 - 17 Mart 2019

İspaniya La Liqasının 28-ci turunda "Selta"nı məğlub edən "Real"ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis cari mövsüm az oynayan Marko Asensio və Keylor Navasa şans verməsindən danışıb: "25 futbolçudan ibarət heyətim var və hamısından istifadə edəcəm. Bu mövsüm az oynayan Keylor Navas, İsko və Asensio bu oyunda nələrə qadir olduqlarını göstərdilər. Bütün futbolçulara şans vermək istəyirəm".

 

46 yaşlı mütəxəssis transfer planlarından da danışıb: "Yayda heyətdə dəyişikliklər olacaq. Lakin indi bu barədə geniş danışmaq istəmirəm".

Xəbər xətti