"Zirə"nin 70-cisi

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Keşlə” ilə oyunu (2:0) “Zirə”də debütlə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tuqrudja ilk dəfə “qartallar”ın heyətində meydana çıxıb. Zirə İdman Kompleksinin stadionunda debütü rəsmiləşən Şafik klub tarixinə Premyer Liqadakı 70-ci futbolçu kimi düşüb.

 

Buna qədər Azərbaycan çempionatının yüksək dəstəsində 69 futbolçu “Zirə”nin formasını geyinmişdi. Fransalı legioner 70-ci – yubiley sırasına malik olmaqla yanaşı, həm də 35-ci əcnəbi futbolçu kimi tarixə düşüb. Digər 35 oyunçu yerli statusa malik olanlardır. O, “qartallar”ın formasını geyinən 4-cü fransalıdır. Şafikə qədər Amadu Sanqar, Bilal Həmdi və Dilan Duventru "Zirə"nin uğurları üçün çalışıb. Onların sonuncu ikisi cari mövsümdən “Zirə”də çıxış edir.

Tarix: 18 Mart [10:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2019
22  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio