Edinson Kavani PSJ-dəki günlərini sayır

17:46 - 18 Mart 2019

PSJ hücumçusu Edinson Kavaniylə bağlı qərar verib.

 

Sportal.az "Rai Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi 2020-ci ildə müqaviləsi bitəcək 32 yaşlı futbolçu ilə yolları ayırmağa qərar verib. Paytaxt klubu mövsümün sonunda gələcək təklifləri dəyərləndirəcək. PSJ uruqvaylı hücumçu üçün 40 milyon avro tələb edir.

 

Qeyd edək ki, Kavani 2013-cü ildən PSJ-də çıxış edir. O, cari mövsüm 27 oyuna 22 qol vurub, 8 assist edib.

Xəbər xətti