"Tottenhem" Eriksen üçün rekord məbləğ tələb edir

18:48 - 18 Mart 2019

"Real" yay transfer planlarını cızır. Madrid klubu "Tottenhem"də çıxış edən Kristian Erikseni traansfer hədəfinə alıb.

 

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, London klubu "Real"dan danimarkalı futbolçu üçün rekord məbləğ tələb edir. Premyer Liqa təmsilçisi 230 milyon avrodan aşağı olan təklifə baxmayacağını qarşı tərəfə bildirib. Madridlilər isə qiyməti aşağı salmaq üçün çalışır.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçinin "Tottenhem"lə 2020-ci ilə qədər müqaviləsi var. Eriksen cari mövsüm 38 oyuna 7 qol vurub, 12 assist edib.

Xəbər xətti