Əfran İsmayılov əməliyyat edildi

00:03 - 19 Mart 2019

"Sumqayıt"ın futbolçusu Əfran İsmayılov dizindəki ağrılara görə Türkiyədə əməliyyat edilib.

 

Sportal.az saytına açıqlamasında bu barədə klubun mətbuat katibi Rəşad Məmmədov deyib. Onun sözlərinə görə, İsmayılov 3 həftədən sonra məşqlərə başlayacaq.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən yay "Qarabağ"dan ayrıldıqdan sonra "Sumqayıt"a keçib. Millimizin üzvü cari mövsüm Premyer Liqada 19 oyuna 3 qol vurub.

 

Xəbər xətti