Şenol Günəş Arda Turanı milliyə qaytaracaq? AÇIQLAMA

01:00 - 19 Mart 2019

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş yığma karyerasını başa vurduğunu bəyan edən Arda Turanla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçiyə qapıların açıq olduğunu deyib: "Şəxsi həyatı və davranışları, xarakteri qaydasında deyilsə, onsuz da milliyə dəvət edilməyəcək. Arda və Canerin günah ünsürləri var? Yox. Etik cəhətdən yanlış hərəkət edə bilərlər. Ehtiyacım olsa, yığmaya dəvət edəcəm. Milliyə hər futbolçu dəvət ala bilər. Ardanı, Əmrəni milliyə dəvət edərək, onları məmnun etmək kimi fikrim yoxdur. Arda Turan hazırda müzakirə mövzumuz deyil və olmasını da istəmirəm. Arda bu ölkənin futbolçusudur, səhvi ola bilər. Gələcəkdə nə olacağını görəcəyik. Arda daha öncədən bəyəndiyim futbolçudur. Hazırda komandasında da oynayır. Onsuz da bu heyətlə sona qədər getməyəcəyik. Dəyişikliklər olacaq".

 

Qeyd edək ki, Arda Turan 2017-ci ilin iyun ayında milli komanda karyerasını qalmaqallı şəkildə başa vurub.

Xəbər xətti