"Şaxtyor"un braziliyalı futbolçusu Ukrayna vətəndaşlığı aldı

10:36 - 19 Mart 2019

Ukrayanın "Şaxtyor" klubunun braziliyalı futbolçusu Junior Moraes Ukrayna vətəndaşlığı alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ukrayna prezidenti Petr Poroşenko 31 yaşlı hücumçuya vətəndaşlıq verilməsi barədə əmr imzalayıb.

 

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Moraesi yığmaya dəvət edib.

 

Qeyd edək ki, "Santos"un yetirməsi 2012-ci ildə Bolqarıstanın ÇSKA (Sofiya) klubundan Ukraynanın "Metallurq" klubuna transfer olub. Moraes "Şaxtyor"a 2018-ci ildə Kiyev "Dinamo"sundan keçib.

Xəbər xətti