Nikola Vlaşiç: "Azərbaycan millisi bizə çətinliklər yarada bilər"

15:15 - 19 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının hücumçusu Nikola Vlaşiç açıqlama verib.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın ÇSKA klubunda çıxış edən 21 yaşlı hücumçu oyunlara ciddi yanaşdıqlarını deyib: "Öz oyunumuzu oynasaq, hər şey asan olacaq. Əgər ciddi yanaşmasaq, asan olduğunu düşünsək, Azərbaycan millisi bizə çətinliklər yarada bilər. Macarıstanla Budapeştə keçiriləcək qarşılaşmanın isə ağır olacağı bəllidir. Lakin biz ambisiyalı komandayıq. Seçmə mərhələyə 6 xalla başlamağı hədəf qoymuşuq. Bundan əlavə, rəqiblərdən güclü olduğumuz görünə bilər, lakin işləri görmək üçün çox çalışmalıyıq".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Bundan 3 gün sonra "damalılar" Macarıstanın qonağı olacaq.

Xəbər xətti