Çin klubundan Zlatko Daliçə 30 milyonluq müqavilə

15:31 - 19 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində martın 21-də millimizi qəbul edəcək Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə bağlı yeni xəbər yayılıb.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Çin və ərəb klublarında ciddi təkliflər alır. Çinin "Dalianq Yifanq" klubu mütəxəssisə 3 illik müqavilə təklif edib. Əgər Daliç təklifi qəbul etsə, illik maaşı 10 milyon avro olacaq.

 

Qeyd edək ki, Xorvatiya yığması Daliçin rəhbərliyi altında DÇ-2018-də 2-ci yeri tutub.

Xəbər xətti