AFFA I Divizion klublarını cərimələdi

15:54 - 19 Mart 2019

Bu gün AFFA-nın İntizam Komitəsi keçirilib.

 

Sportal.az xəbər verir ki ki, keçirilən iclasında Azərbaycan I Divizionunun 19-cu turu ilə bağlı qərarlar qəbul olunub.

 

I Divizionun XIX turunun “Neftçi-2” – “Sumqayıt-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun XIX turunun “Qarabağ-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun XIX turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Zirə” matçının 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XIX turunun “Keşlə-2”–“Kəpəz” matçının ikinci hissəsi “Keşlə-2” klubunun səhlənkarlığı ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur.

 

I Divizionun XIX turunun MOİK – “Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunur.

Xəbər xətti