"Sabah" yoxlama oyunu keçirəcək

00:24 - 20 Mart 2019

Milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın debütantı “Sabah” çempionatda yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Paytaxt klubu Region Liqasında çıxış edən “FC Baku” ilə üz-üzə gələcək.

 

Qarşılaşma martın 24-də, saat 16:00-da, “Əlincə Arena”da baş tutacaq. 

Xəbər xətti