Sabiq "Xəzər Lənkəran"lı "FC Baku"da

11:52 - 20 Mart 2019

Region Liqa təmsilçisi "FC Baku" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi İlyas Səfərzadəni heyətinə qatıb. "Xəzər Lənkəran"ın və "Kəpəz"in heyətində Premyer Liqa həyacanı yaşamış 23 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

 

O, U-19 və U-21 millimizin də formasını geyib.

 

Yeni transfer "İmişli" ilə Region Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında debüt edib.

Xəbər xətti