Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

01:34 - 22 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinə start verilib. Azərbaycan milli komandası da mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Oyunda hesabı millimiz açıb. Ramil Şeydayev 19-cu dəqiqədə "damalılar"ı mərkəzə dəvət edib. Lakin ilk hissənin sonlarında meydan sahibləri hesabda tarazlıq yarada biliblər - 1:1. İkinci hissənin sonlarına doğru xorvatlar 2-ci qolu vurub və oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

 

21 mart

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

 

23:45. Xorvartiya - Azərbaycan - 2:1
Qollar
: Borna Barişiç, 44, Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

 

 

     

Xəbər xətti