Borna Barişiç: "Gözlədiyimizdən də çətin oyun oldu"

10:22 - 22 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin bərabərlik qoluna imza atan Borna Barişiç fikirlərini bölüşüb. 26 yaşlı müdafiəçi vurduğu qol barədə danışıb:

 

"Hər şeydən öncə qələbə üçün xoşbəxtəm. Çətin oyun oldu, ancaq bunu matçdan öncə də deyirdik. Gözlədiyimizdən də çətin qarşılaşma oldu. Qol epizoduna gəlincə, sərbəst yer və qol vurmaq üçün lazımlı nöqtəyə getdim. Buna inamayacaqsınız, amma mən istəyimə çatmaq üçün plan və düşüncələrim var idi. Qola görə Tanrıya minnətdaram. Ötən gecə qol vuracağımı xəyal edirdim. Azərbaycan sağlam komandadır, bilirdik ki, asan olmayacaq. Macarıstanla oyun daha da çətin keçəcək".

Xəbər xətti