Polşanın oyunu Əliyar Ağayevə həvalə edildi

19:07 - 22 Mart 2019

FİFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb. 
 
Sportal.az xəbər verir ki, Polşa – Latviya qarşılaşmasının baş hakimi 31 yaşlı referi. Ağayevə Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

 

Qeyd edək ki, sözügedən görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.

Xəbər xətti