"Qarabağ"ın futbolçusu oynadı, Bolqarıstan məğlubiyyətdən qaçdı VİDEO

00:45 - 23 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində ilk turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan evdə Monteneqronu qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri 82-ci dəqiqədə şübhəli penalti qərarından sonra məğlubiyyətdən qaça bilib.

 

Slaveçev 69-cu dəqiqədə meydana daxil olub. 

 

Bolqarıstan - Monteneqro - 1:1
Qollar:
Todor Nedelev, 82 (pen.) - Stefan Muqoşa, 50

 

Xəbər xətti