İngiltərə və Fransadan darmadağın, Türkiyə səfərdə qalib gəldi

01:43 - 23 Mart 2019

Bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda İngiltərə Çexiyanı qəbul edib və 5:0 hesabı ilə darmadağın edib. Digər görüşdə isə Monteneqro Bolqarıstanın qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

B qrupunda Portuqaliya evdə Ukrayna ilə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib. Qrupun digər matçında Lüksemburq Litvanı əliboş yola salıb - 2:1.

 

Türkiyə milli komandası Albaniyanın qonağı olub. "Ay-ulduzlular" 15 il sonra yığmaya dönən Şenol Günəşin rəhbərliyi altında seçmə mərhələyə uğurlu start verib - 2:0. Qrupun digər matçında İslandiya səfərdə Andorradan üstün olub- 2:0. Son dünya çempionu Fransa isə səfərdə Moldovanı 4:1 hesabı ilə məğlub edib.

 

A qrupu

Bolqarıstan – Monteneqro - 1:1
Qollar
: Todor Nedelev, 82 (pen.) - Stefan Muqoşa, 50

 

İngiltərə - Çexiya - 5:0
Qollar
: Rahim Sterlinq, 24, 62, 68, Harri Keyn, 45, Tomaş Kalas, 84 (avotoqol)
 

   

B qrupu

Lüksemburq – Litva - 2:1
Qollar:
Leandro Barreyro, 45, Gerson Rdriqes, 55 - Fyodor Çernıx, 14

 

Portuqaliya – Ukrayna - 0:0

 

     

 

H qrupu

Albaniya – Türkiyə - 0:2
Qollar
: Burak Yılmaz, 21, Hakan Çalhanoğlu, 55
 

Andorra – İslandiya - 0:2
Qollar
: Birkir Bjarnason, 22, Vidar Kyartansson, 80

 

Moldova – Fransa - 1:4
Qollar
: Vladimir Ambroz, 89 - Antuan Qrizmann, 24, Rafael Varan, 27, Olivye Jiru, 36, Kilian Mbappe, 87

   

Xəbər xətti