Robert Prosineçki: "Xorvatiya Azərbaycanı çətinliklə məğlub etdi"

13:06 - 23 Mart 2019

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda evdə Ermənistanla oyundan öncə mətbuat konfransında suallara cavab verib.

 

Sportal.az sportsport.ba saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Ermənistan və Yunanıstana qarşı keçirəcəkləri matçlardan danışıb: "Mən inanıram ki, komandam iki oyundan sonra 6 xal qazanacaq. Ermənistanı aşağılamırq və problem yarada biləcəklərini düşünürük. Yunanıstan isə uyğunsuz komandadır. Yunan futbolçular yaxşı klublarda çıxış edir və asan oyun keçməyəcək. Hədəfimiz varsa, Ermənistanı məğlub etməliyik. Maksimumuzu versək, ermənilərin Sarayevoda heç bir şanslarının olmadığını düşünürəm".

 

Prosineçki Xorvatiyanın seçmə mərhələdə Azərbaycana çətinliklə qalib gəldiyini də bildirib: "Bəli, çətin qrupa düşmüşük, ancaq mən heç bir şeydən qorxmuram. Komandamız Millətlər Liqasında uğurlu çıxış etdi. Təzyiq hər zaman olacaq. İndi asan rəqib yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm".

 

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Xəbər xətti