Albaniyada Panuççi dönəmi bitdi

14:24 - 23 Mart 2019

Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Kristian Panuççi ilə yolları ayırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Albaniyanın AÇ-2020-nin seçmə mərhələsində evdə Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olmasından sonra federasiya belə qərar verib. Komandanı martın 25-də Andorra ilə keçiriləcək görüşə Ervin Bulku və Süleyman Mema hazırlayacaq.

 

Qeyd edək ki, italiyalı mütəxəssis 2017-ci ildən Albaniyanı çalışdırırdı.

Xəbər xətti