MLS klubu Hollandiya millisinin sabiq üzvüylə yolları ayırdı

16:54 - 23 Mart 2019

Hollandiya millisinin sabiq üzvü Qreqori van der Vil klubsuz qalıb.

 

Sportal.az xəbər verir ki, Kanadanın "Toronto" klubu 31 yaşlı müdafiəçi ilə yolları ayırıb. MLS təmsilçisi hollandiyalı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, van der Vil "Ayaks", PSJ, "Fənərbaxça" və "Kalyari" klublarında çıxış edib. 

Xəbər xətti