"Barselona" Koutinyo ilə bağlı qərar verdi

18:57 - 23 Mart 2019

"Barselona" braziliyalı futbolçusu Filippe Koutinyo barədə qərar verib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, katalonlar mövsümün sonunda 26 yaşlı yarımmüdafiəçiyə komandadan ayrılmasına icazə verəcək. "Barselona" Koutinyonu ən azı 100 milyon avroya satmaq istəyir.

 

Qeyd edək ki, Koutinyo ötən ilin qış fasiləsində "Liverpul"dan "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbər xətti