David Alaba "Bayern"dən ayrılmaq istəyir

18:07 - 23 Mart 2019

Almaniyanın "Bayern" klubunun müdafiəçisi David Alaba Münhen klubundan ayrıla biləcəyini deyib.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Avstriya millisinin üzvü yeni macəra axtardığını bildirib: "Artıq başqa şeyləri yaşamaq zamanının gəldiyini hiss edirəm. Bəlkə İspaniya və ya İngiltərə ola bilər. İspaniyada "Real" və "Barselona" ola bilər. İngiltərədə isə bir klub məni çox cəlb edir. Uşaqlıqdan "Arsenal" fanatıyam. Belə olduğu halda isə ömrünün sonuna qədər o kluba simpatiyanız olur".

 

Qeyd edək ki, universallığı ilə seçilən 26 yaşlı futbolçu 2008-ci ildən "Bayern"də çıxış edir.

Xəbər xətti