Almaniya Hollandiyaya, Belçika Kiprə qalib gəldi, Xorvatiya məğlub oldu

01:39 - 25 Mart 2019

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, 4 qrupda 10 oyun keçirilib.

 

C qrupunda Hollandiya - Almaniya görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıb. Şimali İrlandiya isə Belrusu əliboş yola salıb - 2:1.

 

Millimizin yer aldığı E qrupunda iki oyun baş tutub. Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı məğlub edib.

 

G qrupunun Polşa Latviyanı qəbul edib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə etdiyi oyunda meydan sahibləri 2:0 hesablı qələbəni bayram edib. Qrupun digər görüşlərində İsrail Avstriyaya 4:2 hesabı ilə qalib gəlib. Sloveniya - Makedoniya matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

I qrupunda Qazaxıstan Rusiyanı, Kipr Belçikanı, San Marino isə Şotlandiyanı qəbul edib. Hər üç görüşdə qonaqlar qalib gəlib.

 

AÇ-2020-nin seçmə mərhələsi

24 mart

C qrupu

 

Hollandiya – Almaniya - 2:3

Qollar: Matteis de Liqt, 48, Memfis Depay, 63 - Leroy Sane, 15, Serj Qnabri, 34. Niko Şults, 90

 

Şimali İrlandiya – Belarus - 2:1

Qollar: Conni Evans, 30, Coş Maqennis, 87 - İqor Staseviç, 33

 

 

E qrupu

 

Uels – Slovakiya - 1:0

Qol: Daniel Ceyms, 5

 

Macarıstan – Xorvatiya - 2:1
Qollar:
Adam Şalai, 34, Mate Patkai, 76 - Ante Rebiç, 13

 

 G qrupu

 

İsrail – Avstriya - 4:2

Qollar: Eran Zahavi, 34, 45, 55, Munas Dabbur, 66 - Marko Arnautoviç, 8, 75

 

Polşa – Latviya - 2:0

Qollar: Robert Levandovski, 76, Kamil Qlik, 84

 

Sloveniya – Makedoniya - 1:1

Qollar: Miha Zayts, 34 - Enis Bardi, 47

 

İ qrupu

 

Qazaxıstan – Rusiya - 0:4

Qollar: Denis Çerışev, 19, 45, Artem Dzyuba, 52, Abzal Beysebekov, 62

 

San-Marino – Şotlandiya - 0:2

Qollar: Kenni Maklin, 4, Conni Rassel, 74

 

Kipr – Belçika - 0:2

Qollar: Eden Hazard, 10, Mişi Batşuayi, 18

 

Xəbər xətti