"Napoli" Kulibali üçün rekord məbləğ tələb edir

14:09 - 24 Mart 2019

İtaliyanın "Napoli" klubu Avropanın nəhəng klublarının hədəfində olan müdafiəçisi Kalidu Kulibalinin transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az "The Express"ə istinadən xəbər verir ki, neapollular seneqallı müdafiəçi üçün 150 milyon avro tələb edir. Kulibaliylə "Mançester Yunayted", "Barselona" və "Real"ın yaxından maraqlandığı barədə məlumatlar var.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Napoli" ilə 2023-cü ilə qədər müqaviləsi var.

Xəbər xətti