"Milan"ın futbolçusu İngiltərə klublarının hədəfində

14:54 - 24 Mart 2019

İtaliyanın "Milan" klubunda göstərdiyi oyunla diqqətləri çəkən Frank Kessye İngiltərə klublarının transfer hədəfindədir.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri - "Arsenal" və "Tottenhem" kot-d-ivuralı futbolçunu transfer hədəfinə alıblar. Məlumata görə, "Milan" Kessyeni 40 milyon avroya satmağa hazırdır. Milan klubu "Çelsi"dən icarəyə götürdüyü Timue Bakaykonu birdəfəlik almaq üçün Kessyeni satmağa müsbət yanaşır.

 

Qeyd edək ki, "Milan" Kessyeni mövsümün əvvəlində "Atalanta"dan icarəyə götürüb və 24 milyon avroya birdəfəlik transfer edib. 22 yaşlı yarımmüdafiəçinin "qırmızı-qaralar"la 2022-ci ilə qədər müqaviləsi mövcuddur.

Xəbər xətti