Nikola Yurçeviç: "Vəziyyətin belə olması bizi optimist olmağa sövq edir"

16:30 - 24 Mart 2019

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin sabah Litva ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransı təşkil edilib.
 
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
 
- Hər birinizi salamlayıram. Xorvatiya ilə oyunda futbolçuların göstərdiyi performans pis deyildi. Şansımız da var idi ki, yaxşı nəticə qazana bilək. Futbolçuların performansından razı qaldım və buna görə də xoşbəxtəm. Ancaq bir az məyusluq var. Sensasiya etməyimiz üçün 10 dəqiqəmiz çatmadı. Oyundan sonra bir neçə pozitiv məqam müşahidə etmişəm. Litva ilə oyun baxmayaraq ki, yoldaşlıq xarakteri daşıyır, bizim üçün vacibdir. Pozitiv performansdan sonra yaxşı nəticəyə ehtiyacımız var. Komandamızda futbolçuların əhval-ruhiyyələri düzəlir və daha da yaxşılaşırlar. Müsbət nəticə alsaq, Macarıstan və Slovakiya ilə oyunlara yaxşı nəticə əldə etmək üçün baxa bilərik. Hər bir futbolçu oynamaq istəyir. Ola bilər ki, fərqli futbolçulara şans verdik.
 
- Litva ilə oyun üçün heyəti açıqlamaq fikriniz var?
- Dəyişikliklərin olması normal haldır. Bu o demək deyil ki, hansısa futbolçudan narazı qalmışam. Digərlərinə də şans verməliyik ki, nəyə qadir olduqlarını görək. Hamısından razı qalmışam. Xorvatiya ilə ağır oyundan sonra daha çox bərpa məşqləri keçdik. Bütün uşaqlar oynamağa hazırdır.
 
- Oyuna iki hücumçuyla başlamaq fikriniz var?
- Hamımız razılaşırıq ki, Litva Xorvatiya deyil. Kompakt oynamaq istəyirik. Taktikamızı son məşqdən sonra müəyyən edəcəyik. İki vinger və iki hücumçuyla oynaya bilərik.Ramil Şeydayev pleymeyker və hücum xəttində çıxış edə bilər. Bu, rəqibdən də asılı olur. Əvvələr belə hücumçular olub. Məsələn, Mario Mandjukiçi qeyd edə bilərəm.
 
- Xorvatiya ilə matçda müdafiədən oynamaq məcburi idi. Bəs, millinin hücum potensialını necə görürsüz?
- Ümid edirəm ki, hücum futbolu oynaya biləcəyik. Təbii ki, bu rəqiblər eyni deyil. İstənilən halda, bizim üçün kompaktlıq vacibdi. Hücum oyunu rəqibdən də asılıdı. Daha çox çalışacağıq ki, topa sahib olaq. Bu, bizim məqsədimizdi. Mənim üçün çox vacibdir ki, Xorvatiya kimi böyük olmayan komandaya qarşı futbolçularımı daha yaxından tanıyım.
 
- Mətbuat konfransına qələm və kağızla gəlmisiniz. Orada nə qeydlər aparırsınız?
- Təşəkkür edirəm. Bu vərəqə ağlıma gələn kombinasiyaları qeyd edirəm.
 
- Xorvatiya ilə oyundan sonra azarkeşlərdə ümidlər yaranıb. Onlara nə sözünüz var?
- Hər şeyin müqabilində real düşünməliyik. Xorvatiya dünya çempionatının ikincisidir. FIFA-nın reytinqindəki mövqeyinə də baxın. Biz isə xeyli aşağılardayıq. Belə rəqibə qarşı oyunda 1 xala yaxın idik. Vəziyyətin belə olması bizi optimist olmağa sövq edir. Litva da yaxşı komandadır, ancaq Xorvatiya deyil. Futbol elə oyundur ki, hər şey baş verə bilər. Ona görə qələbə qazanmaqla yaydakı rəsmi oyunlara daha yaxşı motivasiya qazanmaq istəyirik.
 
- Sabah yenə qapıda Səlahət Ağayev olacaq?
- O, bizim əsas qapıçımızdır.
 
- Kamran Ağayevin yoxluğunda kapitan Maksim Medvedev idi. Bu, müvəqqətidir, yoxsa daimi?
- Xeyr. Bu, artıq müəyyənləşib. Qalan şeylər isə spekulyasiyalardır. Onlar barədə danışmaq istəmirəm.

Xəbər xətti